Bir şeirin tarixçəsi Şair Səməd Vurğun tez-tez Arana, Muğan düzünə gələr, burada ceyranları seyr edər, ceyran ovlarmış. Muğana qonaq gələndə Kürdəmirin Mollakənd kəndində İslam Məmmədov adlı bir şəxsin evində qonaq qalarmış. Şairin İslamla dostluğunun maraqlı bir tarixçəsi də var: İslam gənc yaşlarında Qazax rayonunda raykom katibi işləyirmiş. Bir gün bir məcslisdə (1940-cı illərdə) şair Səməd Vurğunla tanışır və dostlaşır. Bu dostluğun ömrü 5 il çəkir. Bu müddətdə şair bir neçə dəfə Mollakənd kəndinə gəlmiş, Kür çayı kənarında tut bağlarında dincəlmiş, Sarısu gölündə ov etmişdir. Əsgəri heyət sarıdan əziyyət çəkən SSRİ hərbi rəhbərliyi dövlət işçilərini də döyüşə cəlb etmiş, beləliklə, raykom katibi İslam da aktiv döyüşlərə qoşulmuşdur. 1945-ci ilin 8 mayında İslam Polşada döyüşlərdə aldığı yaralardan vəfat etmiş, Polşanın İliç rayonunda dəfn olunmuşdur. Şair İslamın ölümünə "İslam" adlı şeirini qələmə almışdır. Şeiri sizə təqdim edirəm: İSLAM Oder çayı dola...