İmadəddin Nəsiminin qardaşı Şahi Xəndan
Julide mu
Qabil "Nəsimi" poeması
Mənim
böyük qardaşımın
adı Şahi
Xəndan idi,
O,
şairdi... eşidənlər
kəlamına
heyran idi.
Atəşliydi,
alovluydu
sinəsində
çarpan ürək.
O
sel kimi coşqun idi,
bulaq
kimi rəvan idi...
Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin
qardaşı Şahi Xəndanın qəbri olduğu türbə (el arasında Şahxəndan türbəsi
adlandırılır) Şamaxı şəhər qəbiristanlığında yerləşir. Azərbaycanın Orta əsr
maddi-mədəniyyət abidələri içərisində Şahxəndan türbəsi memarlıq üslubu və
tarixi mahiyyəti ilə fərqlənir.
Şahi Xəndan qardaşı Nəsimi kimi sufi
olub: “Düzdür, Nəsiminin qəzəlləri, şeirləri qədər aşkarda olmasa da, bəzi mənbələrdə
Şahi Xəndanın şeirlərinə rast gəlmək olur.
İmadəddin Nəsiminin qardaşı Şahi Xəndanın
“Julide mu” təxəllüsü ilə şeirlər yazdığı məlumdur. Belə beytlərdən biri müxtəlif
təzkirələrdə və araşdırmalarda qeyd olunur. Həmin beyt Şahi Xəndan tərəfindən
sufizmin bir qolu olan hürufilik ideyalarını yayan Nəsimiyə nəsihət mahiyyətindədir:
Gəl bu
sirri kimsəyə faş eyləmə,
Xani-xası
aməyə aş eyləmə.
Seyid Əzim Şirvaninidən belə bir
misranı xatırlamaq yerinə düşər:
Mən öləndə
Şah Xəndanda basdırın
Çünki
onun Şahidi Xəndanı var.


Yorumlar
Yorum Gönder