Mükəmməl dua. Müəllif: Tamerlan Məhərrəmov
MÜKƏMMƏL DUA
Bu hadisəni eşidəndə
mən də xeyli gülmüşdüm oxucum.Yəqin sən tək gülməklə kifayətlənməyəcəksən,həm də
nəticə çıxaracaqsan.
Keçmiş zamanlarda
bir obada Zeynəb adlı qarı vardı.Onun gözünün ağı-qarası bir inəyi vardı.Bu inək
ildə bir dəfə bala verərdi.İndi də bala vermişdi.Ancaq inək Zeynəb qarıya imkan
vermirdi ki,onu sağsın.Zeynəb qarı çox əlləşdi,çox tər tökdü,inək ipə-sapa
yatmadı ki,yatmadı.
Əlac qalır kəndin
axunduna...Axundun evi uzaq olduğundan Zeynəb qarı qonşu Əli kişi ilə 5 abbası
axunda pul yollayası olur ki,inəyə dua yazsın,bəlkə inəyin ürəyinə insaf gələ..
Vaxt vədə yetir,duanı Əli kişi gətirib təhvil
verir ki,al Zeynəb qarı,as inəyin boynundan.Zeynəb qarı duanı inəyin boğazından
asdıqdan sonra inək ipə-sapa yatır,həlimləşir.Zeynəb qarı inəyin ilk südünü
axunda hədiyyə yollamaqla bərabər,öz təşəkkürün də çatdırır ki,axund sağ
olsun,onun sayəsində inək insan dili bilir,duası inəyi yumşaldıb.Südü alan
axund qarıya ismarıc yollayır ki,bəs Zeynəb qarı mən dua,falan
yazmamışam.Ümumiyyətlə,nədən danışdığından xəbərsizəm.
Zeynəb qarı əlacsız
qalıb duanı inəyin boynundan açıb içərisin oxuyası olur.İçərisində bunlar
yazılmışdı:
Duanı yazdı Əli ağa
İnək imkan verə
Zeynəb inəyi sağa
Sən demə pulu alan
Əli kişi pulu xərcləmiş,ağ kağıza axundun əvəzinə öz üç sətir yazıb Zeynəb
arvada qaytarmışdır.
19/noyabr/2018
22:45

Yorumlar
Yorum Gönder