Kürəkən ovu- Tamerlan Məhərrəmov

 

                                  KÜRƏKƏN OVU

                                                    

Artıq elə bir yaş dövrü olur ki,onda hər şeyi anlamağa başlayırsan, bu yetkinlik yaşıdır, bir müddət sonra ali təhsilə qəbul olursan, imkansızlıq səbəbindən yarıac,yarıtox institutu baça vurursan.Hər şey geridə qalır və budur qapılar özü açılmağa başlayır. İşə girirsən, əlin pulla oynamağa başlayır, bir müddət sonra maşın da alırsan.. Ancaq indi bir mövzü səni bezdirməyə başlayır;evlilik mövzusu. Yolda,məclisdə,evdə,işdə ən çox eşitdiyin cümlələr:”nə vaxt dəvərirsən?”,”gözaltın var?”,”qardaşoğlu,toy elə gələk, oynayaq da””gör xalan sənin toyunda nağaracax*””sən də bir halal süd əmmişin birin tapsaydın”....

Bu subay gənc evin yeganə övladıdırsa,”1-0” öndədir.Əgər şəxsi evi varsa,”2-0” öndədir. Ali təhsillidir və işi varsa, 3-0 öndədir. Artıq ona qayğılar çoxalır. Bütün subay qızların anaları ona potensial kürəkən kim baxır. Hətta dünənə kimi onu “burnuslu” adlandırar Fatmanisə xala bü gün Hüseynin toyunda onu rəqsə dəvət edib, onunla qəşəng bir “tərəkəmə” də oynayır, oynun sonunda da ona deyir ki: ”Səndən incimişəm,Fatı xalanı yada salmırsan, Gülpəri(qızıdır) elə gözəl şirnilər bişirir, gəl arada dadına bax”...Hələ dayıları demirəm,işi ilə maraqlanır,halın soruşur,nə qədər məvacib aldığını soruşur, nəsə bir problemi varmı, ya köməyə ehtiyacının olub-olmadığınla maraqlanır, onu bir pürrəngi çayla nərd ya da domino oynamağa dəvət edir. O da əksərinə vaxtının olmadığını əsas gətirərək öz təşəkkürünü bildirir. 3-4 il əvvəl onun yanından maşını sürətlə sürüb üstünə su çiləyən Ələmdar dayı indi normal havada maşını saxlayıb, onu gedəcəyi yerə kimi aparmağı təklif edir. Historiya bax budur e! O da maşından düşəndə Ələmdar dayı yanında oturan iş yoldaşı Etibara deyir :”Mən elə o vaxtdan demişəm ki,bu oğlan başqa aləmdir də” və ona göz vurur.

 Bu həngamə o vaxta kimi davam edir ki, həmin cavan oğlan onların heç birinə aid olmayan özü yaşda könlünə yatan bir qızla ailə həyatı  qurur, canfəşanlıq edən xala və dayıları toya dəvət edir, onlar da toyda yeni potensial kürəkən ovuna çıxır

                                                                     Oktyabr/2018

Yorumlar

Bu blogdaki popüler yayınlar

Şair Səməd Vurğun və onun raykom katibi dostu

İmadəddin Nəsiminin qardaşı Şahi Xəndan

Ququ quşu ya ermən? müəllif Tamerlan Məhərrəmov